Nasizm üzərində qələbəyə həlledici töhfə verən məhz Qırmızı Ordu olmuşdu. “Venezolana de Television”un yaydığı məlumata görə, bunu Venesuela prezidenti Nikolas maduro deyib.
"Bu il biz Sovet İttifaqının Qırmızı Ordusunun faşist Almaniyası ordusu üzərində böyük qələbəsinin 80 illiyini qeyd edirik", - o vurğulayıb.
Maduronun sözlərinə görə, bu gün bəzi ölkələr tarixi saxtalaşdırmağa çalışır. Bununla əlaqədar dövlət başçısı xatırladıb ki, məhz Qırmızı Ordu Polşanı, Almaniyanı və bütün Avropanı azad edib: "Onlar həmin ilərdə ən müasir silahlarla silahlanmış 5,4 milyon əsgəri məğlub ediblər. Bu ordu Berlində Reyxstaq üzərində Qələbə bayrağı ucaltdı".
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiço Moskvaya səfər etmək və Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi.
Tural