Ukraynanın Rovno vilayətinin Ostro şəhərinin meri Yuri Yaqodka rus dilində mahnı oxuduğuna görə işdən çıxarılıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Rəsmi məlumatlara görə, Yaqodka vəzifəsini yerinə yetirmədiyinə, struktur bölmələrin və kommunal xidmətlərin fəaliyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Ukrayna KİV-ləri isə dəqiqləşdiriblər ki, Yaqodkanın işdən çıxarılmasının əsl səbəbi Ukrayna əsgərlərinin anım günündə baş vermiş insident olub - Ostroq meri sərxoş halda yerli kitabxanada rus dilində mahnılar ifa edib.
Yerli sakinin iradından sonra isə Yaqodka onu vurub. Sonra mer öz davranışına görə üzr istəyib, lakin yerli bələdiyyə üzvləri Yaqodkanı işdən çıxarmaq qərarına gəliblər.
Tural