Milli Hidrometeorologiya Xidmətinin fevralın 1-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.