Filadelfiyada təyyarə qəzası olub - VİDEO

Filadelfiyada təyyarə qəzası olub - VİDEO
10:06

ABŞ-nin Filadelfiya ştatında təyyarənin yaşayış evlərinin yaxınlığında qəzaya uğraması nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Bu barədə NBC televiziya şirkətinin yerli bölməsi mənbələrinə istinadən məlumat yayıb.


Bildirilir ki, artıq 3 nəfərə lazımi tibbi yardım göstərilib, bundan sonra onlar ambulator müalicəyə buraxılıblar. Qalan zərərçəkənlər həkim nəzarətindədirlər. Onların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.


KİV-in məlumatına görə, hadisə nəticəsində 30 yaşlı qadın, o cümlədən 11 yaşlı oğlan və 31 yaşlı kişi başından xəsarətlər alıblar. Qəzaya uğrayan təyyarənin göyərtəsindəkilər barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, gecə saatlarında yayılan məlumatlarda bildirilmişdi ki, aviaqəza Ruzvelt bulvarı və Kottman prospekti ərazisində baş verib. Təyyarənin göyərtəsində 6 nəfərin olduğu bildirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerdə olanlar da xəsarətlər alıblar. Yaşayış evləri yanıb, qaz kəməri zədələnib, həmçinin Ruzvelt ticarət mərkəzinin yaxınlığındakı müəssisələr də ziyan görüb.

Tural