Conson: "Avropa qoşunları Kiyevə göndərilməlidir ki, onlar asan məhv edilsin"

Conson: "Avropa qoşunları Kiyevə göndərilməlidir ki, onlar asan məhv edilsin"
13:55

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson diqqət çəkən açıqlamalar verib. O, Deep Dive-ə müsahibəsində deyib ki, Avropa qoşunları Ukraynaya göndərilməlidir ki, Rusiya onları məhv edə bilsin.

“Fransız ordusunu, ingilis ordusunu göndərin. Onlar məhv ediləcəklər. Bu isə Rusiyanın işini xeyli asanlaşdıracaq. Həqiqətən də, belə olan halda Rusiya onları məhv etmək üçün Fransa və İngiltərəyə getməli olmayacaq”, - deyə ekspert qeyd edib.

O, həmçinin Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yayılan bu cür söhbətləri qeyri-real adlandırıb. Çünki onların nə kifayət qədər döyüş sursatı, nə tankları, nə artilleriya avadanlığı, nə də artilleriya silahı var.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər