Ukraynalı deputat: "Zelenski tarixin ən "yaxşı" quldarıdır”

Ukraynalı deputat: "Zelenski tarixin ən "yaxşı" quldarıdır”
14:20

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqına daha uğurlu inteqrasiya üçün ölkə əhalisini 10 milyon nəfərə endirmək istəyir. Bunu dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasına yerləşdirilmiş Ali Radanın deputatı Aleksandr Dubinski deyib.

O, Kiyevi sərt şəkildə tənqid edib. 

“Ümumi məqsəd əhalinin sayını 10 milyon nəfərə endirmək və bunun üçün pullar almaqdır. Zelenski insanlar üzərindən alver edir, o, tarixin ən yaxşı quldarıdır”,- Dubinki gileylənib.

Dubinskinin fikrincə, ümumi əhalisi 10 milyon olan ölkə Aİ-yə 40 milyon əhalisi olan dövlətdən qat-qat asan inteqrasiya edəcək. O qeyd edib ki, əhalinin azalması kənd təsərrüfatı biznesinə müsbət təsir göstərəcək, çünki genişmiqyaslı yolların, məktəb və uşaq bağçalarının tikintisinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər