Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda helikopter qəzaya uğrayıb.
News365.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Bildirilib ki, qəzanın başvermə səbəbi hələlik məlum deyil. İlkin məlumatlara görə, helikopter Piraziz rayonu ərazisində müşahidə və tədqiqat işləri həyata keçirirmiş.
Hadisə zamanı xəsarət alanların olub-olmaması və dağıntıların miqyası barədə hələlik rəsmi açıqlama verilməyib. Əraziyə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub.