Almaniyanın Münhen şəhərində həmkarlar ittifaqının yürüşü iştirakçılarının üzərinə avtomobil sürərək iki nəfərin ölümünə səbəb olan Əfqanıstan əsilli şəxs ömürlük azadlıqdan məhrum edilib.
News365.az xəbər verir ki, bu barədə dpa agentliyi məlumat yayıb.
Münhen Məhkəməsi 25 yaşlı Fərhad Nurini 2025-ci il fevralın 13-də törətdiyi hücuma görə iki nəfərin qətlində və 23 nəfəri qəsdən öldürməyə cəhddə təqsirli bilib.
Hadisə nəticəsində 37 yaşlı qadın və onun iki yaşlı qızı həyatını itirib, daha bir neçə nəfər yaralanıb.
Məhkəmə təqsirləndirilən şəxsin əməlində "xüsusi ağır təqsir" olduğunu da müəyyən edib. Bu qərar onun vaxtından əvvəl azadlığa buraxılmasını xeyli çətinləşdirir.
Prokurorluğun məlumatına görə, hücum dini və siyasi motivlərlə yanaşı, şəxsi amillərin təsiri altında törədilib. Bildirilir ki, məhkəmə prosesi zamanı Fərhad Nuri peşmançılıq nümayiş etdirməyib və bir neçə dəfə islamçı jestlər edib.
