Hindistanın Çhattisqar ştatının Kanker rayonunda baş verən ayı hücumu nəticəsində iki bacı-qardaş həyatını itirib, bir nəfər isə ağır xəsarət alıb.
News365.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Çhattisqar ştatının Kanker rayonunda, Narharpur meşə sahəsinin yaxınlığındakı kəndlərdən birində qeydə alınıb.
İlkin məlumata görə, tarlada işləyən bacı və qardaş qəfil ayının hücumuna məruz qalıb. Onlar aldıqları ağır xəsarətlər nəticəsində hadisə yerində həyatlarını itiriblər.
Hadisə zamanı zərərçəkənlərə kömək etmək istəyən daha bir nəfər də ayının hücumuna məruz qalaraq ağır yaralanıb.
Baş verənlər ərazidə olan şəxslər tərəfindən mobil telefonla lentə alınıb. Kadrlarda ayının hücum anları əks olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.