Türkiyədə azərbaycanlı yeniyetmə tərəfindən qaçırıldığı bildirilən N.Gülər tapılıb.
News365.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, 4 gündür itkin düşən N.Gülerin İstanbul marşrutu ilə hərəkət edən avtobusda 17 yaşlı N.Həsənovla birgə getdiyi məlum olub. Bundan sonra 16 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, gənc qızın ailəsi onun itkin düşməsi ilə bağlı “Müge Anlı ile Tatlı Sert” verilişinə çıxaraq kömək istəmişdi. Onlar qızlarının Azərbaycan vətəndaşı tərəfindən qaçırıldığını iddia etmişdi./