Ana Vətəndə böhran: 12 nəfər partiyadan xaric edildi

Ana Vətəndə böhran: 12 nəfər partiyadan xaric edildi
13:42

“Ədliyyə Nazirliyindən hələ cavab almamışıq, lakin 12 rayon təşkilatının sədrinin partiya üzvlüyünə xitam verilməsi barədə idarə heyətinin qərarı var".

Bunu Ana Vətən Partiyasının sədri olduğunu iddia edən Elçin Ağamalı bildirib.

Onun sözlərindən belə çıxır ki, partiyanın IX qurultayından sonra davam edən qalmaqala Ədliyyə Nazirliyi rəyini hələ bildirməyib.

Fəzail Ağamalı “Yeni Sabah”a mövzuya dairr fikir söyləmək istəməyib:

“Özümüz lazım olduqda mətbuata məlumat verəcəyik”.

Elçin Ağamalı isə prosesin hüquqi müstəvidə davam etdiyini vurğulayıb:

“Ədliyyə Nazirliyindən hələ cavab almamışıq, lakin 12 rayon təşkilatının sədrinin partiya üzvlüyünə xitam verilməsi barədə idarə heyətinin qərarı var. Bu qərardan sonra təşkilatlardan bir neçəsinin imzası ilə Ədliyyə Nazirliyinə şikayət ərizəsi verilib”.

E. Ağamalının sözlərinə görə, partiyanın daxilində kadr və struktur dəyişikliklərinə cəhd edilir:

“Partiyanın simasında dəyişikliklər edilməyə cəhd göstərilir. Rayon təşkilatlarının sədrləri qanunsuz olaraq kütləvi şəkildə dəyişdirilir. Ədliyyə Nazirliyinin cavabı gözlənilmədən bu cür tələm-tələsik addımlar atılır. Məqsəd partiyanın yaxın zamanlarda qeyri-legitim qurultayını keçirməkdir. Bununla bağlı da əlavə bir məktub Ədliyyə Nazirliyinə təqdim olunacaq, artıq məktub mətn hazırlanıb”.

Daha bir məktub hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunacaq:

“Çox istərdik ki, Ədliyyə Nazirliyinin müvafiq rəyi olmadan bu cür addımlar atılmasın, təəssüf ki qarşı tərəf nazirliyin rəy və mövqeyini gözləmədən bu cür addımlar atır.

“Ana Vətən Partiyasının idarə heyəti tərəfindən qəbul edilən qərarların heç bir legitimliyi yoxdur. Hazırda idarə heyəti bir qurum kimi öz funksiyasını yerinə yetirmir. Çünki idarə heyətinin tərkibi formalaşdırılmayıb; ikincisi, nizamnaməyə əsasən oraya daxil ola biləcək rəhbər şəxslər hazırda partiyada mövcud deyil”. /// Yeni Sabah


Sizin reklam burada
Sizin reklam burada