Türkiyədə 36 qanunsuz mühacir saxlanıldı

Türkiyədə 36 qanunsuz mühacir saxlanıldı
11:11

Türkiyənin İzmir vilayətində qanunsuz mühacirlər saxlanılıb. 

News365.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığının rəsmi saytı məlumat yayıb. 

Məlumata əsasən, İzmirin Urla rayonu sahillərində dayandırılmış rezin qayıqda 3-ü uşaq olmaqla 36 qeyri-qanuni miqrant yaxalanıb. 

Mühafizə komandanlığının əməkdaşları mühacirləri sahilə təxliyə edərək, onları müvafiq prosedurların aparılması üçün yerli miqrasiya idarəsinə təhvil verib.


Sizin reklam burada
Sizin reklam burada