Türkiyədə 636 polis və 84 jandarma olmaqla, ümumilikdə 720 nəfər əməkdaş sərnişin kimi avtobuslara minib sürücüləri müşahidə edəcək.
News365.az xəbər verir ki, bunu daxili işlər naziri Əli Yerliqaya deyib.
O, bayram tətili öncəsi yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə avtobuslarda mülki nəzarətin başladığını açıqlayıb.
Nazir bildirib ki, mülki nəzarətçilər səyahət zamanı sürücülərin qaydalara əməl edib-etmədiyini yoxlayacaq. Xüsusilə sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və digər yol hərəkəti qaydalarına əməl edilməsi nəzarətdə saxlanılacaq.
“Lütfən, normadan çox sürət həddini artırmayaq, avtobuslarda və digər nəqliyyat vasitələrində təhlükəsizlik kəmərindən istifadəni unutmayaq. Unutmayaq ki, səyahətlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil