Türkiyə Şimali Kiprə 6 ədəd F-16 təyyarəsi yerləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Mülki Aviasiya Departamentinin direktoru Aşkın Meşeli təyyarələrin təhlükəsizlik məqsədilə göndərildiyini və yerləşdirilmənin mülki uçuşlara təsir etməyəcəyini bildirib.
Xatırladaq ki, müharibə dövründə İran bir neçə dəfə Kipr adasına zərbələr endirib.