Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Aşxen Aleksanyan 2 il müddətinə azadlıqdan məhrum edilib.
Nees365.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili Abqar Poqosyan bildirib.
O, həmçinin bildirib ki, müdafiə tərəfi məhkəməyəqədərki həbs tədbirinin ləğvi üçün Appelyasiya Məhkəməsinə müraciət etmək niyyətindədir. Bundan əvvəl İrəvan məhkəməsi onu dövlətə xəyanətdə bəraət qazandırıb.
Lakin iş yenidən təsnif edilib: Ona qarşı dövlətə xəyanət ittihamı, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əvəz edilib. Bu maddə üzrə maksimum cəza 4 ilə qədərdir.
Xatırladaq ki, Aşxen Aleksanyan Azərbaycana casusluq etməkdə şübhəli bilinirdi. Onun kompüterlərinə baxış keçirilərkən bəzi məxfi sənədlər üzə çıxmışdı. Aleksanyanın həmin məfxi məulmatları azərbaycanlı sevgilisinə ötürdüyü iddia olunurdu.