Milli Məclisdə “Türk Müdafiə Alyansı” yaradılması təklifi irəli sürüldü

Milli Məclisdə “Türk Müdafiə Alyansı” yaradılması təklifi irəli sürüldü
11:56

Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün bir sıra strateji istiqamətlər xüsusi əhəmiyyət kəsb edir.

News365.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, ortaq müdafiə və təhlükəsizlik sisteminin yaradılması vacibdir:

“Bu məqsədlə gələcəkdə “Türk Müdafiə Alyansı”nın formalaşdırılması və vahid hərbi planlaşdırma sisteminin qurulması böyük əhəmiyyət daşıyır. Müasir dövrdə artan kibertəhlükələr fonunda “Türk Ortaq Kibermüdafiə Mərkəzi”nin yaradılması informasiya suverenliyimizin təmin olunmasına xidmət edəcək. Qlobal informasiya məkanında səsimizin daha aydın eşidilməsi üçün “Türk Dünyası Media Platforması”nın qurulması da vacibdir. Bu təşəbbüs vahid informasiya strategiyası ilə türk dövlətlərini media sahəsində birləşdirəcək”.


Sizin reklam burada
Sizin reklam burada