Turizm Agentliyi 13 mln. manatı büdcəyə qaytarmayıb

Turizm Agentliyi 13 mln. manatı büdcəyə qaytarmayıb
30 İyl 2025 15:49

Dövlət Turizm Agentliyi 12,8 milyon manat vəsaiti büdcəyə qaytarmayıb.

News365.az-ın məlumatına görə, Hesablama Palatasının (HP) Dövlət Turizm Agentliyində apardığı audit zamanı dövlət vəsaitlərinin qanunvericiliyə zidd şəkildə idarə olunduğu müəyyən edilib.

Audit nəticəsində məlum olub ki, Agentlik 2022–2024-cü illər ərzində müxtəlif iş və xidmətlər üçün ayrılmış ümumilikdə 12,8 milyon manat vəsaiti akkreditiv hesablarında saxlayıb, lakin bu vəsait qanunla nəzərdə tutulduğu kimi büdcəyə geri qaytarılmayıb.

Xüsusilə qeyd olunub ki, saxlanılmış vəsaitin yalnız 43,5 min manatı geri qaytarılıb, yerdə qalan məbləğ isə müxtəlif illərdə icra olunmuş xidmətlərə görə ödənilib.

Hesablama Palatası bu praktikanın “Büdcə sistemi haqqınd


Sizin reklam burada
Sizin reklam burada