Azərbaycan
daha bir möhtəşəm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Məlumdur ki, noyabrın
11-də Bakıda COP29 tədbiri start götürəcək. Bu tədbirə çox böyük maraq var.
Gözlənilir ki, tədbirə 50-dən artıq dövlət və hökümət başçısı qatılacaq. Bundan
əlavə tədbirin keçiriləcəyi 10 gün müddətində Azərbaycana 50- mindən artıq
qonağın gələcəyi proqnozlaşdırılır. Artıq
28 mindən çox iştirakçı COP29 konfransında iştirak üçün qeydiyyatdan keçib. Onlardan
2700-ə yaxını media nümayəndəsidir. Digərləri QHT-lər, müxtəlif müşahidəçi beynəlxalq
təşkilatların təmsilçiləri və digər qonaqlardır,
Təbii ki, bu
tədbirin uğurlu keçməsi və ölkəmizin daha bir nailiyyətə imza atması üçün hər kəs
əlindən gələni etməlidir. Nə yazıq ki, bu fikrin əleyhinə olan soydaşlarımız da
var. Məsələn, son günlər paytaxtda yağan yağış nəticəsində yaranan problemlər
barədə sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Hətta iddialar var ki,
tunel və keçidlərdə su basmalar süni şəkildə təşkil edilir.Məqsədsə odur ki,
COP29 ərəfəsində dünyaya göstərilsin ki, Azərbaycan iqlim dəyişiklikləri ilə ilə
mübarizəyə və onun nəticələrinin aradan qaldırılmasına hazır deyil.
Həqiqətən də
bu vaxtadək nə qədər yağış seli olsa da indiki qədər faciəli olmayıb. Üstəlik,
son 10 gündə yağışlar təkcə faciəli olması ilə yanaşı, həm də çox geniş şəkildə
təhlil edilir. Problemləri çılpaq və qabarıq şəkildə göstərməyə çalışırlar.
Doğrudanmı
belədir?
Bu sualın
cavabı müvafiq qurumların aparacağı araşdırmalardan sonra bəlli ola bilər.
News365.az