Lorenzo Quinnin çılpaq qadın əsəri, Azərbaycansayağı ictimai qınaq və Gök Tanrının oğlu Kayra Xan - Hikmət Babaoğlu yazır...

Lorenzo Quinnin çılpaq qadın əsəri, Azərbaycansayağı ictimai qınaq və Gök Tanrının oğlu Kayra Xan - Hikmət Babaoğlu yazır...
11 Noy 2024 22:40

Son günlər gündəmdə olan, Bakıda nümayiş etdirilən Lorenzo Quinnin əsəri barədə millət vəkili Hikmət Babaoğlu öz fikirlərini bölüşüb. 

News365.az sözügedən məqaləni təqdim edir:

"Lorenzo Quinnin yaradıcılığı məni həmişə düşündürüb , heyrətləndirib , valeh edib , təccübləndirib hətta ruhən mənə o qədər doğma gəlib ki , onun mənsub olduğu etnomədəni köklərlə öz milli köklərim arasında bir əlaqə olduğuna inanmışam . Bəlkə də etrusklar ortaq əcdadlarımı olub .İnsanlığın yaddaş ardıcıllığı təqribən belədir- ezoterik bilgilər dövrü, mifologiyalar , dastanlar , eposlar və nəhayət müasir ədəbiyyat mərhələsi.Ona görə ədəbiyyat deyirəm ki , ədəbiyyat təkcə yaddaş deyil həm də yaradıcı fantaziyadır .İnsan oğlunun idarkı maksimum nəyə qadirdirsə onu sadəcə ədəbiyyat vasitəsilə ifadə edə bilir .Mənsub olduğum uca türk millətinin milli yaddaşı da ən qədim yazılı və şifahi köklərə malikdir .Yəni insanlar hələ fəlsəfədə , düşüncədə , yaradıcılıqda bər-bəzəyi düşünmədən öncə hər şeyin özunü , özəyini çılpaq təsvir və ifdə edirdilər .Türk ədəbiyyatı tarixində bu ənənə Qaşqarlı Mahmuda qədər davam etdi .Sonra super eqo azadlıqlarımızın üstünə çıxdı .Beləliklə dildə və düşüncədə özək yəni başlanğıc yox oldu .Lorenzo yaradıcılığı isə şəxsən məni o özəyə , ilkə , başlanğıca qaytarır .Bəlkə ona görə ki , mənim ruhi-mənəvi başlanğıcım Kayra Xandan başlayır ?! Kayra Xan ( Kayra Xan - qayıran , düzəldən , nizam verən deməkdir , qıpçaq türklərində Kayrağan ) Gök Tanrının oğludur .Gök Tanrı yeri- göyü yaradıb ancaq planetimiz ucsuz-bucaqsız səhralardan və sonu görünməyən duzlu sulardan ibarətdir .Bir gün Kayra Xan görür ki , suların icərisindən bir qadın silueti yüksəldi .Bu surət Kayranı valeh edir , ona aşiq olur və onun eşqinə dağları , dərələri , çayları , meşələri , gülləri , çiçəkləri yardır .Şübhəsiz ki , bu qadın başlanğıc olduğu üçün paltarsız yəni çılpaq idi .Öz idi , özək idi .Bizlər isə Kayra xan ilə bu ilk qadından törəyəcəkdik ! Geyim isə çox - çox sonralr kəşf ediləcəkdi .Yəni mənim əcdadımın yaratdığı Tanrıçılıq inancı bütün səmavi dinlərdən fərqli olaraq qadını həyatın başlanğıcına qoyur , onu ilham mənbəyi kimi göstərir.Ozü də tam çılpaq ! Bax buna görə yuxarıda qeyd etdim ki , Lorenzo Quinn ruhən mənə yaxındır .Bəlkə elə genetik yaddaşımız da ortaqdır .Bütün səmavi dinlər isə qadını aşağılayır və iblisləşdirir .Yaxın Şərq mədəniyyətininin yaratdığı dinlərin hər üçü əvvəlcə qadını Adəmin ən kiçik qabırğasından Adəm üçün əyləncə vasitəsi kimi düzəldildiyini iddia edir .Bu azmış kimi qadını iblisləşdirərək Adəmi qadağan edilmiş meyvəni yeməyə təhrik edən varlıq kimi göstərir , cənnətdən qovulmağımızın səbəbkarı kimi görür .İndi isə həmin inancı mənimsəyənlərin təfəkkürünə görə qadın azad ola bilməz , ilham qaynağı heç ola bilməz çünki kişi üçün oyuncaq olaraq yaradılıb üstəlik də babamızı cənnətdən qovdurub .Ona görə də onu daş-qalaq etmək lazımdır , hətta heykəlini belə ! Dostlar axı belə yanaşma bizim deyil , axı biz digər heç kimin yox kayra xanların törəmələriyik .Nəyə görə öz milli təfəkkür və mədəniyyətini bizə din kimi sırıyan , babalarımızı qılncdan keçirənlərə bənzəməliyik ? Niyə özümüz olmalı deyilik ki ? ! Əlbətdə İslam dini müqəddəsdir , Allaha şükürlər olsun ki , müsəlmanıq .Ancaq müsəlman olmaq kənanlı , arameyli , akkadlı olmaq demək deyil !"


Youtube kanalımız