"Quranı oxuyan insan müdrik də yetişə bilər, qatil də"
News365.az xəbər verir ki, bunu Millət Vəkili Fazil Mustafa Müşfiq Özgünün aparıcılıq etdiyi "Amin" verlişində deyib.
"Cəmiyyətin dəyişilməsini aristokratik azlıq istəyir. Yaxşı müəllimlərin sayı çox olanda tələbələr o çüəllimlərin davranışını özü üçün bir nümunəyə çevirirlər və onun tərbiyəvi ruhu fərqli olur. Bir gün bu müəllim olmayanda, tələbələr başqa müəllimə yönəlib, ondan nümünə götürəcək. Biz bu nümunəni azlıq aristokratik problemini çözməliyik, doğru nümunə verməliyik. Bu azlığıda dövlətin qorumasi ilə cəmiyyətin qoruması ilə bunu etməliyik. 20 ci əsrin aydınlarının təsir gücü, 21 əsrdən daha yüksəkdir. Məsələn Mirzə Cəlil bir əsərini çap etmək üçün illərlə gözləməli idi. Biz sosial şəbəkələrdən, texnologiyanın bizə verdiyi şərtlərdən ağıllı istifadə edə bilmirik. Yada istifadə etmək bacarığımız zəifdir. Biz bu azlığın gücü göstərsək onda, digərləri artıq bayağılıya çox meyil etməyəcək. Onsuzda bayağılıq həmişə bazasını 50-60 faiz, amma bu gün qalxıb 95 faizə. Biz bunu yendirməliyik aşağı. Cəmiyyətə fikir, düşüncə aşılayan insanların sayı çox olmur. Dünyaya müasir baxışı olan insanların yetişməsi lazımdır. Quranı oxuyan insan müdrik də yetişə bilər, qatil də. Biz gördük ki, 21 əsrdə vəhşilər yetişdi. Allahu əkbər adıyla adam öldürən, fanatizmə yuvarlanan çox sayda insan gördük."
News365.az