Səhər xoş ovqatla oyanmaq və günə yüksək əhval-ruhiyyə
ilə başlamaq hər kəsin arzusudur. Lakin, çoxlarımız bunu bacarmırıq. Üstəlik,
bir çoxları payızda yuxusuzluqdan əziyyət çəkirlər və səhər oyanmaqda çətinlik
çəkirlər.
Bəs, nə etməli?
Ekspertlər hesab edir ki, səhər canlılığı üçün təmiz
hava və işıq böyük əhəmiyyət kəsb edir.Bundan əlavə yuxu gigiyenasını
yaxşılaşdırsanız və yuxu cədvəlinizə əməl etsəniz, səhərlər özünüzü enerjili
hiss edə bilərsiniz.
News365.az xəbər verir ki, nevroloq Vasif Qasımov məsələ ilə bağlı bunları deyib:
"Səhər xoş ovqatda olmaq üçün düzgün iş rejimi və
rituallar vacibdir. Tədricən oyanmaq, az miqdarda fiziki fəaliyyət, bir stəkan
su və əlbəttə ki, səhər yeməyi şənliyin əsas amilləridir."
Həkim onu da əlavə edib ki, axşam saatlarında yataq
otağı yaxşı havalandırılmalı, hava sərin olmalıdır:
“Səhər saatlarında səhər işığı oyanmağa və şadlanmağa
kömək edəcək. Günəş şüaları kortizol istehsalını aktivləşdirir və yuxululuğu
aradan qaldırır”.
News365.az