"1,5 dərəcə hədəfi qorunmalıdır" - Avropa Ofisinin direktoru

"1,5 dərəcə hədəfi qorunmalıdır" - Avropa Ofisinin direktoru
21 Noy 2024 20:43

Avropa Ofisinin direktoru Bruno Pozzi, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) adından çıxış edərək, davam edən müzakirələrin əhəmiyyətini vurğulayıb.


COP29 konfransı zamanı News365.az-a açıqlama verən Pozzi bildirib ki, bütün tərəflərin irəliləmək üçün güclü iradəsi var, lakin prosesin çətinliyini də anlayırlar:

"Burada UNEP-in Adaptasiya Boşluğu və Emissiya Boşluğu Hesabatları ilə iştirak edirik. Bu hesabatlar elmi məlumat və sübutlara əsaslanır və ümid edirik ki, üzv dövlətlər bu məlumatlardan müzakirələrdə faydalanacaqlar."


O, həmçinin 1,5 dərəcə qlobal istilik artımı hədəfinin qorunmasının vacibliyini vurğulayıb və hazırkı konfransın nəticələrinin bu məqsədə çatmağa yönələcəyinə ümid etdiyini bildirib:

"Bu gün çox vacib bir gündür və həqiqətən də irəliləyiş görəcəyimizə inanırıq," – deyə Pozzi qeyd edib.


Konfransın davamında üzv dövlətlərin müzakirələr əsasında konkret addımlar atması gözlənilir.



Youtube kanalımız

Oxşar xəbərlər