Azərbaycanın
tarixi missiyası
Ali Baş
Komandan İlham Əliyev: “Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün,
kapitulyasiya aktına imza atsın”
Ermənistan
2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarıın icra etmək
istəmir. Ermənistanın Baş naziri Nikol Paşinyan konkret olaraq Ermənistan
ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən
nəqliyyat kommunikasiyalarının açılmasına razılıq vermişdir. Azərbaycan bununla
bağlı bütün üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ermənistan isə dörd il ərzində
hətta 42 kilometrlik yolun texniki-iqtisadi əsaslandırılmasına belə başlamayıb.
Ermənistan ilk dəfə deyil ki, üzərinə öhdəlik kimi götürdüyü işi yerinə
yetirmir. Dəfələrlə belə situasiyalar olub. Paşinyanın danışıqlar zamanı
sözündən boyun qaçırması, gedib gizlənməsi və s. hallar bir neçə dəfə olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib ki, biz buraya qalib kimi
gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan
bayrağı dalğalanır: “Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə
elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz
gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik.
Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni
məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə
də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”.
Azərbaycanın
sülh layihəsini zorla həyata keçirmək istəyi yoxdur. Bağlanmış rəsmi müqavilə
əsasında bütün işlərin icra olunması bizim ölkə üçün önəmlidir. Sülh sazişinin
müəyyən mənada mübahisələrinin həlli mexanizmi nəzərə alınmalıdır. Azərbaycan,
həmçinin bu baxımdan da öz mövqeyini bildirib. Mübahisəli məsələlər ikitərəfli
danışılar əsasında həlli ən məqbul yoldur. Bunun üçün Azərbaycan və Ermənistan
dövlət sərhədinin delimitasiyası üzrə komissiyası yaradılıb. Artıq Azərbaycan
bu komissiyanın əsasnaməsini təsdiq edib. Sənədin Azərbaycanda və Ermənistanda
təsdiqi oktyabrın 24-də Kazan şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistan Baş naziri Nikol Paşinyanın görüşündən sonraya təsadüf edir.
Prezident
İlham Əliyev görüşün yekunu ilə bağlı bildirib ki, görüşdə tərəflər ikitərəfli
sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin
delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər. "İki ölkənin xarici işlər nazirlərinə Sülh və
Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün
qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları
davam etdirmək barədə təlimat verilib", - deyə Prezident Əliyev qeyd edib.
Bununla yarana biləcək bütün mümkün anlaşılmazlıqları və fərqlilikləri yoluna
qoymaq mümkün olacaq.
Yeri
gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ermənistanla Azərbaycan
arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi sülh müqaviləsinə
aparan düzgün yoldur. “Sizin bu gün Azərbaycan prezidenti ilə fikir mübadiləsi
apara bilməyiniz bizim tədbirimiz üçün müsbət haldır”, Putin bildirib.
Göründüyü
kimi, Moskva da Azərbaycanla Ermənistan arasında münasibətlərin düzülməsində
maraqlıdır. Həmçinin Ermənistanın regional əməkdaşlığının inkişafına önəm
verir.
Komissiyanın
yaradılması sülh saziş layihəsinin mübahisəli məsələlərinin həllinin daha da
sürətləndirəcək. Burda əsas məsələ hər iki dövlətin bir-birinin ərazi
bütövlüyünün qarşılıqlı tanınmasının tam razılaşdırılmasıdır. Çünki
Ermənistanın bundan sonra ərazi iddiaları ilə çıxış etməməsi üçün sülh saziş
çərçivəsində öhdəlik götürməlidir. Hərçənd Ermənistanın bundan sonra hər hansı
torpaq iddiası etmək gücü qalmayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan
Ermənistana elə bir zərbə vurub ki, onlar hələ də özlərinə gələ bilmirlər.
Bundan sonra diplomatik münasibətlərin qurulması və sülh müqaviləsinin
şərtlərinə əməl etmək Ermənistan üçün ən uyğun yoldur.
Ermənistan
rəhbərliyi beynəlxalq nəqliyyat kommunikasiyaları və onun ərazisindən keçən
boru kəmərlərində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə tam
təmin etməyə hazır olduğunun qeyd edir. Amma sülh sazişində bu haqda detallı
müddəaların salınmasına tərəddüd edir. Xüsusən Azərbaycanın dəhliz formasında
Naxçıvanla əlaqəsini təmin etmək istəmir. Lakin bu gün Azərbaycan maksimum güc
sərf edərək Naxçıvanla yolun açılmasına çalışır. Sülh sazişində Azərbaycanın
əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsinin
yaradılması məsələsi çox vacib bir strateji və siyasi məsələyə çevrilib. Bu
məsələnin əsas məqsədi, Azərbaycanın qərb hissəsi olan Naxçıvan Muxtar
Respublikasının, qalan Azərbaycanın ərazisiylə daha asan və sürətli şəkildə
əlaqə qurmasıdır. Hazırda Naxçıvan yalnız İran və Türkiyə ilə quru sərhədinə
malikdir, amma Azərbaycanın əsas hissəsindən ayrılmış vəziyyətdədir. Regionun
inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun
yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas
hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq.
Ermənistan ərazisindən keçən bir nəqliyyat dəhlizinin yaradılması, bu
bağlantını təmin edə bilər. Belə bir dəhliz "Zəngəzur dəhlizi" kimi
də tanınır və Azərbaycanın və Ermənistanın dövlət başçıları tərəfindən müzakirə
olunmuşdur. Bu dəhliz, həmçinin regional iqtisadi əlaqələrin inkişafına və
nəqliyyat axınlarının asanlaşdırılmasına imkan verə bilər. Naxçıvanın Azərbaycanın
əsas hissəsi ilə birbaşa əlaqə qurması, həmçinin regional iqtisadiyyatın
inkişafına təkan verə bilər. Belə bir dəhliz həmçinin Ermənistan üçün tranzit
gəlirləri əldə etmək imkanı yarada bilər, çünki Naxçıvanın Azərbaycanın digər
hissəsi ilə əlaqəsi üçün bu dəhlizdən istifadə edilməsi mümkündür.
Göründüyü
kimi, 30 ildən artıq davam edən və heç bir ciddi nəticələr verməyən
danışıqların səbəbkarı yenə də Ermənistandır. Rəsmi İrəvan bununla xalqı da
dəfələrlə məyus edib.
Zenfira
Nurullayeva
Qara Qarayev
adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası
üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi