İstanbulun Fatih rayonunda yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
News365.az-ın xarici mediaya istinadən məlumatına görə, aprelin 22-si səhər saatlarında hərəkətdə olan tramvay yolu keçmək istəyən 53 yaşlı F.Karaaslanı vurub.
Güclü zərbə nəticəsində yerə yıxılan və tramvayın altında qalan qadın ağır xəsarətlər alıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım qrupları çağırılıb. Yaralı qadın ilk tibbi müdaxilədən sonra xəstəxanaya aparılsa da, bütün səylərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Qəza anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.