Türkiyədə 8 vilayətdə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 18 nəfər saxlanılıb

Türkiyədə 8 vilayətdə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 18 nəfər saxlanılıb
20:20

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyatda 18 nəfər saxlanılıb

News365.az xəbər verir ki, Türkiyənin Kırıkkale şəhəri mərkəz olmaqla 8 vilayətdə qanunsuz mərc oyunlarına qarşı əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində 21 şübhəlidən 18-i saxlanılıb.

Araşdırma zamanı şübhəlilərin 2021–2025-ci illər ərzində apardıqları əməliyyatların həcminin 1 milyard 219 milyon lirəni keçdiyi müəyyən edilib.

Şübhəlilərin daşınar və daşınmaz əmlaklarına, eləcə də bank hesablarına həbs qoyulub.


Sizin reklam burada
Sizin reklam burada