Suriyada qaz kəmərinə zərbə endirildi

Suriyada qaz kəmərinə zərbə endirildi
15 Okt 2026 21:40

Suriyanın şimal-şərqində Əl-Cəbsə qaz boru kəmərinə zərbə endirilib, nəticədə yanğın baş verib.

News365.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Hücum Haseke əyalətində yerləşən Əl-Şəddadi şəhərindən təxminən 60 kilometr aralıda baş verib.

Məsul qurumlar hadisənin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür.


Sizin reklam burada
Sizin reklam burada