Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb

Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
22:40

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, ilkin məlumata əsasən, “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların Bakı şəhərindəki xəstəxanalardan birinə aparıldığı bildirilir.


Sizin reklam burada
Sizin reklam burada