Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
15 Okt 2026 19:00

Dağıstan (Rusiya Federasiyası) Xalq Məclisinin (parlamentinin) deputatları bu gün Fyodor Şukinin respublika başçısı vəzifəsinə namizədliyini dəstəkləyiblər.

News365.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Agentliyin məlumatına görə, parlamentin iclasında iştirak edən 87 deputatdan 78-i Şukinin lehinə səs verib.

Dağıstan Konstitusiyasına əsasən, regionun başçısı Xalq Məclisinin deputatları tərəfindən seçilir.


Sizin reklam burada
Sizin reklam burada