Bilirsinizmi ki, bu gün tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun vəfatından 4 il ötür?
Şakir müəllim, sözün əsil mənasında qəzetçi idi, söz adamı idi, böyük jurnalist idi.
Mən jurnalistika fakültəsinin tələbəsi kimi ilk dəfə 1981-ci ildə “Azərbaycan gəncləri” qəzetində Şakir müəllimin yanında təcrübə keçməyə başlamışam. Sonralar məhz onun qayğısı sayəsində bu əməkdaşlıq davam edib. O qədər davam edib ki, çox adam məni həmin qəzetin əməkdaşı sayıb.
İndiki jurnalistlərin çoxunda məhz redaksiya təcrübəsi, yazıya redaktor qələminin dəyməməsi çatışmır. Şakir müəllim mənim və onlarla digər gənc jurnalistin təcrübə müəllimi, nədən və necə yazmağaı öyrədən Ustad olub.