“Tesla” uça bilən avtomobilini təqdim etdi - Video

“Tesla” uça bilən avtomobilini təqdim etdi - Video
10:21

ABŞ-nin “Tesla” şirkəti uça bilən “Roadster” elektrik mühərrikli idman avtomobilini təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, görüntüləri “Tesla“ “X”  hesabında paylaşıb. 

Təqdimat “SpaceX” şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonunda baş tutub. 

“Mən çox şey görmüşəm, amma beləsini heç vaxt görməmişdim”, - “Tesla”nın rəhbəri İlon Mask tədbir zamanı bildirib.

Avtomobilin yeniliyi sıxılmış qaz buraxan və “uçuş” zamanı maşının vəziyyətini idarə etməyə imkan verən xüsusi sistemə malik olmasıdır. 

Nümayiş zamanı avtomobil maneənin üzərindən uçaraq öz ətrafında çevrilib.

Həmin görüntüləri təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada