Şüşə gündəlik həyatda geniş istifadə olunan materiallardan biridir.
News365.az xəbər verir ki, onun hazırlanmasında əsas xammal kimi kvars qumunun tərkibində olan silisium dioksiddən istifadə edilir.
Şüşə istehsalı zamanı kvars qumu soda və əhəngdaşı ilə qarışdırılaraq yüksək temperaturda əridilir. Təxminən 1500–1700 dərəcədə əridilən qarışıq özlü mayeyə çevrilir. Daha sonra ona forma verilir və tədricən soyudularaq şüşə əldə olunur.
Şüşənin möhkəmliyini və digər xüsusiyyətlərini yaxşılaşdırmaq üçün istehsal prosesində əlavə maddələrdən də istifadə edilir.
Şüşədən pəncərələrin, butulkaların, qabların, güzgülərin, avtomobil hissələrinin və elektron cihazların hazırlanmasında geniş istifadə olunur.