ABŞ-nin Oreqon ştatının Bend şəhərindəki ibtidai məktəbdə 16 yaşlı gəncin atəş açması nəticəsində üç uşaq və bir müəllim həlak olub. Daha sonra o, yerli sakin tərəfindən güllələnib.
News365.az BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Həyatını itirən uşaqların beş, səkkiz və on bir yaşları olub. Yeddi yaşlı daha bir şagird və 54 yaşlı müəllim isə ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıblar.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, silahlı şəxs bağlı qapılara atəş açaraq məktəbə daxil olub. Polis şübhəlinin yaşı istisna olmaqla, onun barəsində əlavə təfərrüat açıqlamayıb. Hücum edən şəxsin bu təhsil müəssisəsi ilə hər hansı bir əlaqəsinin olub-olmadığı da hələlik məlum deyil.
Polisdən verilən məlumata görə, cinayətkarı onun məktəbə girdiyini görən və onu izləyən yerli sakin zərərsizləşdirib. Oreqon qubernatoru Tina Kotek hücum edən şəxsi öldürən yerli sakinə təşəkkür edərək, onun daha çox insan itkisinin qarşısını almaq üçün qəhrəmancasına müdaxilə etdiyini vurğulayıb.