Xırdalanda tikinti ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib. Belə ki, 10 il əvvəl təhvil verilən 5 mərtəbəli binanın üzərində əlavə iki mərtəbənin tikildiyi bildirilir.
Məsələ ilə bağlı Nurlan Həsənovun adı da hallanır. Əgər binanın üzərində əlavə tikintiyə müvafiq icazələr olmadan başlanılıbsa, bu, ciddi suallar doğurur.
Xırdalanda tikinti sıxlığının artdığı bir vaxtda sakinlər və ictimaiyyət üçün əsas sual budur: 5 mərtəbəli bina hansı əsasla 6-cı və 7-ci mərtəbəyə qədər artırılır? Bu tikintiyə kim icazə verib və təhlükəsizlik tələblərinə əməl olunurmu?
Görünən odur ki, Xırdalanda torpaq sahələri ilə yanaşı, göyə də mərtəbə-mərtəbə sahib çıxmaq istəyənlər var.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi və tikintiyə icazə verilib-verilmədiyi araşdırılmalıdır.