Cavanşir Feyziyev: “Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvə xələl gətirə bilməz“

Cavanşir Feyziyev: “Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvə xələl gətirə bilməz“
10:28

Milli Məclisin deputatı Cavanşir Feyziyev  Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz xarakterindən danışıb.

Deputat vurğulayıb ki, Bakı ilə Ankara arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə heç bir qüvvə xələl gətirə bilməz. Onun sözlərinə görə, hər bir dövlət məmuru və deputat öz açıqlamalarında məsuliyyətli davranmalı, səsləndirdiyi fikirlərin Azərbaycan-Türkiyə münasibətlərinə mümkün təsirlərini nəzərə almalıdır.

Cavanşir Feyziyev qeyd edib ki, iki qardaş ölkə arasındakı münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi hər kəsin məsuliyyətidir. Bu əlaqələr təkcə dövlətlərarası əməkdaşlığa deyil, həm də xalqlarımızın tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır.


Sizin reklam burada
Sizin reklam burada