“Trampın Azərbaycana verdiyi önəm ölkəmizin regional gücünün göstəricisidir”- Aydın Hüseynov

“Trampın Azərbaycana verdiyi önəm ölkəmizin regional gücünün göstəricisidir”- Aydın Hüseynov
17:38

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda rəsmi səfərdə olması ölkələrarası münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov News365.az saytına açıqlamasında danışıb.

Deputat bildirib ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın Azərbaycana xüsusi münasibət göstərməsinin əsas səbəblərindən biri Azərbaycanın bölgədə artan nüfuzu və strateji mövqeyidir.

“Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan regionda böyük potensiala malikdir. Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızla yanaşı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Azərbaycan etibarlı tərəfdaş kimi qlobal iqtisadi və siyasi proseslərə töhfə verməkdədir. Enerji layihələrinin reallaşmasında ölkəmizin rolu danılmazdır,” – deyə Aydın Hüseynov qeyd edib.

Deputat onu da vurğulayıb ki, Tramp administrasiyası Azərbaycanla konstruktiv münasibətlərə önəm verib və xüsusilə TAP (Trans-Adriatik Boru Kəməri) layihəsinin reallaşmasında müsbət mövqe sərgiləyib:

“Trampın yenidən Azərbaycanla münasibətləri genişləndirməyə maraq göstərməsi, ölkəmizin regionda artan nüfuzunun göstəricisidir. Bu, ABŞ-ın Azərbaycana olan etibarının təzahürüdür.”

Aydın Hüseynov əlavə edib ki, Tramp bölgədə baş verən gərginliyin aradan qaldırılmasında da Azərbaycanın roluna önəm verir: “Regionda sülhün bərqərar olunması, xüsusilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması yalnız iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün mühüm hadisə olacaq.


Sizin reklam burada
Sizin reklam burada