ABŞ Prezidenti Donald Tramp aprelin 2-dən etibarən ABŞ-nin istisnasız olaraq polad və alüminiuma rüsumlar tətbiq edəcəyini bildirib. Bu barədə xarici KİV məlumat yayıb.
Amerika prezidentinin sözlərinə görə, gömrük rüsumları "güzgü effekti" ilə tətbiq ediləcək və digər ölkələrin Amerika mallarını idxal edərkən tutduqları rüsumlarla bərabər olacaq.
“Tədbirlər qarşılıqlı olacaq. Bu o deməkdir ki, əgər onlar bizdən pul tələb etsələr, biz də onlardan tələb edəcəyik... Artıq bizə çoxlu milyardlarla dollar gəlib çıxıb və aprelin 2-də isə ölkəyə böyük məbləğdə vəsait daxil olmağa başlayacaq”, - Tramp qeyd edib.
Tural