YPX əməkdaşları beynəlxalq müsabiqədə yüksək nəticə göstəriblər- VİDEOLAR

YPX əməkdaşları beynəlxalq müsabiqədə yüksək nəticə göstəriblər- VİDEOLAR
17 Mar 2025 17:36

Belarusun paytaxtı Minskdə yol-patrul xidməti (YPX) əməkdaşlarının peşəkar hazırlığı üzrə keçirilən beynəlxalq müsabiqədə Azərbaycan nümayəndə heyəti uğurla çıxış edib. Təmsilçilərimiz 10 müxtəlif yarışda iştirak edərək yüksək nəticələr qazanıblar.

News365.az xəbər verir ki, müsabiqə çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, hərəkətdə olan nəqliyyat vasitəsindən atəş açma, nəqliyyat vasitələrinin idarə olunması üzrə sınaqlar və digər peşə bacarıqları üzrə yarışlar təşkil edilib. YPX əməkdaşlarımız həm fərdi, həm də komanda hesabında yüksək peşəkarlıq nümayiş etdirərək əhəmiyyətli uğurlar əldə ediblər.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarımızın beynəlxalq səviyyədə qazandıqları bu uğuru yüksək qiymətləndirir və bunun ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin daha da inkişafına töhfə verəcəyinə inanır.

Müsabiqədə iştirak edən əməkdaşlarımızı təbrik edir, gələcək xidmətlərində uğurlar arzulayırıq!


Sizin reklam burada
Sizin reklam burada