Cəbrayılda novruz şənliyi keçirilib- FOTOLAR

Cəbrayılda novruz şənliyi keçirilib- FOTOLAR
17 Mar 2025 16:25

Cəbrayıl rayonunda Novruz bayramına həsr olunmuş möhtəşəm şənlik təşkil edilib. Bayram tədbirində xalqın qədim adət-ənənələri canlandırılıb, milli oyunlar və əyləncələr təşkil olunub.

News365.az xəbər verir ki, tədbirdə Novruzun rəmzləri – Kosa və Keçəl də iştirak edərək qonaqları əyləndirib. Onların maraqlı səhnəcikləri bayram ab-havasını daha da rəngarəng edib.

Bayram mərasimində iştirak edən sakinlər və qonaqlar Novruzun gəlişini coşqu ilə qeyd ediblər. Tədbir konsert proqramı və tonqal ətrafında şənliklə davam edib.

Vəfa Vəliyeva,  News365.az


Sizin reklam burada
Sizin reklam burada