"Tramp Rusiyaya jest edir: Yeni strategiya Ukrayna müharibəsinə təsir edə bilər"
Politoloq Aqşin Kərimov News365.az-a açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı fərqli strategiya nümayiş etdirmək niyyətindədir. Onun sözlərinə görə, Tramp dövlət hüququnu və mövcud sanksiya limitlərini zəiflətməklə əslində, Rusiya Prezidenti Vladimir Putinə jest edərək, onu ali səviyyəli danışıqlara cəlb etmək istəyir.
Politoloq qeyd edib ki, bu yanaşmanın məqsədi Ukrayna məsələsində kompromisə gəlmək üçün danışıqlar prizmasını yaratmaqdır. Lakin Rusiyanın mövqeyi dəyişməz qalır. Artıq Rusiya rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıq şəkildə bəyan edirlər ki, Trampın sanksiyalarla hədələməsi Moskvanın Ukraynada apardığı müharibə məqsədlərinə əngəl ola biləcək gücdə deyil. Rusiya hərbi kampaniyasını tam hədəflərinə çatana qədər davam etdirməkdə qərarlıdır.
Aqşin Kərimovun fikrincə, ABŞ-nin Ukrayna ilə bağlı siyasətində Donald Tramp və hazırkı Prezident Co Bayden arasında ciddi fərqlər mövcuddur. Əgər Bayden administrasiyası Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə müdafiə edirsə, Tramp bu məsələlərə eyni dərəcədə önəm vermir. Bu isə Vaşinqtonun mümkün yeni siyasi kursunun konturlarını göstərir