Tramp Rusiyaya görə Zelenskiyə müraciət etdi: Dayandır!

Tramp Rusiyaya görə Zelenskiyə müraciət etdi: Dayandır!
19:20

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək, Rusiyanın dizel yanacağı ixracına mane olmamağa çağırıb.


News365.az xəbər verir ki, Tramp bunu jurnalistlərə açıqlamasında deyib.


“Zelenski bir şeyi etməlidir. O, Rusiyanın dizel yanacağı ixracına mane olmağı dayandırmalıdır. O, dizel yanacağı çatışmazlığı yaradır. Bunun Yaxın Şərq ölkələri ilə heç bir əlaqəsi yoxdur, məsələ Rusiya ilə Ukrayna arasında baş verənlərdən qaynaqlanır”, - Tramp bildirib.


Qeyd edək ki, Ukraynanın neft emalı zavodlarına hücumlarından sonra daxili bazarda artan yanacaq çatışmazlığı səbəbindən Rusiya iyul ayında dizel ixracına tam qadağa qoyub.


Sizin reklam burada
Sizin reklam burada