“Tramp Rusiya–Ukrayna cəbhəsində atəşkəsə nail ola bilər” Politoloqdan şərh

“Tramp Rusiya–Ukrayna cəbhəsində atəşkəsə nail ola bilər” Politoloqdan şərh
13 Avq 2025 13:18

“Tramp Rusiya–Ukrayna cəbhəsində atəşkəsə nail ola bilər”.

Politoloq Taleh Əliyev News365.az- bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna cəbhəsində  atəşkəs əldə etməyə hazırdır. Lakin Rusiya tərəfi bu variantı qəti şəkildə qəbul etmir.

Onun sözlərinə görə, cəbhədə atəşkəsin elan olunması – Rusiya qoşunlarının mövqelərindən geri çəkilmədən döyüşlərin dayandırılması – Ukrayna tərəfindən qələbə, Rusiya tərəfindən isə məğlubiyyət kimi qiymətləndiriləcək. “İstənilən atəşkəs Rusiyanın qarşıdakı mərhələdə Qərb tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılmasına müsbət təsir göstərməyəcək. Əvəzində Ukrayna, Qərbin birbaşa maliyyə dəstəyi ilə iqtisadiyyatını bərpa edəcək, ordusunu yenidən gücləndirəcək, müdafiə sənayesini inkişaf etdirəcək,” – deyə politoloq qeyd edib.

Taleh Əliyev vurğulayıb ki, söhbət uzunmüddətli deyil, 3–6 aylıq və ya müddətsiz imzalanacaq atəşkəsdən gedir. Onun fikrincə, belə bir addım müharibənin gedişində Ukraynanın xeyrinə mühüm dəyişiklik yaradacaq.


Sizin reklam burada
Sizin reklam burada