Tramp Çinə sosial şəbəkədən mesaj verdi

Tramp Çinə sosial şəbəkədən mesaj verdi
09 May 2025 22:27

ABŞ Prezidenti Donald Tramp Çinə qarşı idxal rüsumlarının 80 faizə qədər endirilməsini mümkün hesab edib.

O, bu barədə "Truth Social" platformasında yazıb.

Onun sözlərinə görə, Çinə qarşı tariflərin 80 faizədək endirilməsi düzgün addım kimi görünür.

Başqa bir paylaşımında Ağ Ev rəhbəri "Çin öz bazarlarını ABŞ üçün açmalıdır" fikrini bildirib.

Onun fikrincə, bu, Pekin üçün çox yaxşı addım ola bilər.


Sizin reklam burada
Sizin reklam burada