Tramp Ağ Evdə süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək

Tramp Ağ Evdə süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
05 İyn 2026 23:20

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ağ Evdə süni intellekt texnologiyalarının inkişafı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri ilə görüş keçirəcəyini açıqlayıb.

News365.az xəbər verir ki, Tramp bu barədə Viskonsin ştatına uçarkən jurnalistlərə açıqlamasında bildirib.

“Bu şirkətlərin hamısı ilə çox yaxın zamanda görüşüm planlaşdırılıb. Onların hamısı Ağ Evə gələcək. Yəqin ki, gələn həftə”, – deyə ABŞ prezidenti qeyd edib.

Tramp görüşdə yalnız iri texnologiya şirkətlərinin nümayəndələrinin iştirak edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, müzakirələrin əsas mövzularından biri dövlət və özəl sektor arasında süni intellekt sahəsində mümkün əməkdaşlıq olacaq.

ABŞ lideri görüşün detalları barədə əlavə məlumat verməyib.


Sizin reklam burada
Sizin reklam burada