Toyları da monopoliya ediblər - Nura Suri

Toyları da monopoliya ediblər - Nura Suri
14 Apr 2025 17:01

"Dünyada belə şey yoxdur e. Toyları da monopoliya ediblər. "

News365.az xəbər verir ki, bu barədə Nura Suri öz sosial şəbəkəsində yazıb. Paylaşımda deyilir:

"İnsanlar gedib toy danışır şadlıq evlərində, behi alandan sonra şərtlər ortaya çıxır. Müştəri müğənni istəyir, deyirlər ki, ancaq bizim siyahıdakı müğənnilər olmalıdır, dekor şirkəti ancaq bizim dediyimiz şirkət olmalıdır, video, foto, tort və sair ancaq öz işlədikləri şirkətlər ola bilər. 

Başqa heç kəs həmin şadlıq sarayında işləyə bilməz. Bildiyiniz dərəbəylikdir. Bir yaxınım gedib toy danışmağa behi verib, gün götürüblər, indi şadlıq sarayı başlarına oyun açır. 

Bütün şadlıq saraylarında demək olar ki, vəziyyət belədir. Bu səbəbdən də bütün toylar eynidir. 

Déjà vu yaşanır bütün toylarda."


Sizin reklam burada
Sizin reklam burada