Bakıda küləyin sürəti 23 m/s-yə çatır

Bakıda küləyin sürəti 23 m/s-yə çatır
15 Apr 2025 22:45

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.


Milli Hidrometeorologiya Xidmətindən news365.az-a bildirilib ki, aprelin 15-i saat 21:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxır, Lerik, Balakən, İsmayıllı, İmişli, Cəlilabad, Lənkəran, Sabirabad, Zaqatala, Xocalı, Kəlbəcər, Zəngilan, Şuşa, Yardımlı, Daşkəsən, Gədəbəy, Culfa, Göygöl, Şəmkir, Ceyrançöl, Şabran, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Biləsuvar və Neftçalada intensiv yağış, Tovuz, Oğuz, Qax, Xaltan, Göyçay, Gəncə, Quba, Qusar, Şəki, Laçın, Ağdam, Naftalan və Füzulidə isə leysan xarakterli yağış yağır.


Şahdağda arabir qar yağması müşahidə olunur.


Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s-yə çatır.


Sizin reklam burada
Sizin reklam burada