Sırrı Süreyya Öndər infarkt keçirdi

Sırrı Süreyya Öndər infarkt keçirdi
02:30

Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndər ürək problemi səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilib.


DEM Partiyasının mətbuat ofisi Öndərin sağlamlıq vəziyyəti ilə bağlı bu açıqlamanı verib:


"Məclis sədr müavinimiz Sırrı Süreyya Öndər bu gün axşam saatlarında ürəyində ciddi problem olduğu üçün xəstəxanaya aparılıb. Həkimlər lazımi müdaxiləni edib. İstanbulda müalicəsi davam edən Öndərin səhhətinin vəziyyəti ciddi şəkildə izlənilir. Lazımlı məlumatların verilməyə davam edəcəyi bildirilir".

SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Xəstələnərək xəstəxanaya aparılan Öndərin vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyinin sosial media hesabından açıqlama verilib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb;

"Türkiyə Böyük Millət Məclisinin sədr müavini və İstanbul millət vəkili Sırrı Süreyya Öndər xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilib. Onun müalicəsi xəstəxanada davam etdirilir."


Sizin reklam burada
Sizin reklam burada