Rusiyanın Dünya Silah Ticarətinin Təhlili Mərkəzi 2024-cü ildə hərbi məhsulların tədarükü üçün bağlanmış müqavilələrin həcminə görə iyirmi ən böyük silah alan ölkənin reytinqini təqdim edib.
News365.az xəbər verir ki, təqdim olunan rəqəmlər yalnız 2024-cü ildə silah və hərbi texnikanın alınması üçün bağlanmış kommersiya müqavilələrini ehtiva edir.
2024-cü ildə adi silahların idxalı üçün bağlanan müqavilələrin həcmi BMT Reyestrinin təsnifatına görə, 122,071 milyard dollar təşkil edib.
Tam siyahını təqdim edirik:
1. Polşa – 15,625 milyard dollar
2. Rumıniya – 10,251 milyard dollar
3. Hindistan – 9,410 milyard dollar
4. İsrail – 8,2 milyard dollar
5. Hollandiya – 7,922 milyard dollar
6. Türkiyə – 7 milyard dollar
7. İraq – 5,189 milyard dollar
8. Cənubi Koreya – 3,611 milyard dollar
9. Səudiyyə Ərəbistanı – 3,605 milyard dollar
10. İndoneziya – 3,519 milyard dollar
11. Almaniya – 3,092 milyard dollar
12. Serbiya – 3,006 milyard dollar
13. Yaponiya – 2,854 milyard dollar
14. Norveç – 2,845 milyard dollar.
15. Misir – 2,4 milyard dollar.
16. Azərbaycan – 2,220 milyard dollar.
17. ABŞ – 2,073 milyard dollar
18. Avstriya – 2,068 milyard dollar.
19. Yunanıstan – 1,950 milyard dollar.
20. Litva – 1,796 milyard dollar.