Banklarda ipoteka kreditləri üzrə faizlər artdı

Banklarda ipoteka kreditləri üzrə faizlər artdı
15 Apr 2025 21:59

İpoteka Kredit və Zəmanət Fondu hesabına verilmiş ipoteka kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resursları hesabına verilən kreditlərdə faiz dərəcələri artıb.


Mərkəzi Bankdan news365.az-a verilən məlumata görə, daxili resurslar hesabına verilmiş ipoteka kreditlərinin ümumi ipoteka portfelində çəkisinin artması ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artmasına səbəb olub.


2024-cü ilin sonuna İpoteka Kredit və Zəmanət Fondunun hesabına verilən ipoteka kreditlərinin faizləri 6,4%, bankların daxili vəsaitləri hesabına verdikləri kreditlərin faiz dərəcəsi isə 10,5% olub.


Sizin reklam burada
Sizin reklam burada