ABŞ İrandan bu ehtiyatları Rusiyaya verməyi tələb edir

ABŞ İrandan bu ehtiyatları Rusiyaya verməyi tələb edir
15 Apr 2025 23:44

İranın ABŞ-ın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə, məsələn, Rusiyaya təhvil vermək təklifinə müqavimət göstərəcəyi gözlənilir.


News365.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.


Gələcək razılaşma yolunda əsas maneə kimi görünən məsələ Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Arakçı ilə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən ilkin danışıqlarda gündəmə gətirilib.


Tehran israrla son dörd il ərzində yığılan ehtiyatların (zənginləşdirilmiş uranın) Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi nəzarəti altında İranda qalmalı olduğunu bildirir.


İran tərəfi bunu ABŞ-ın gələcək administrasiyasının sazişdən çıxacağı təqdirdə ehtiyat tədbiri kimi görür.


Sizin reklam burada
Sizin reklam burada