Millimiz Xorvatiyaya məğlub oldu

Millimiz Xorvatiyaya məğlub oldu
15 Apr 2025 23:30

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.


News365.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.


Yığmanın yeganə qolunu Oktay Rüstəmli (22) vurub.


Qeyd edək ki, millinin yer aldığı V qrupu Xorvatiya 18 xalla lider tamamlayıb. Yunanıstan 7 xalla ikinci, eyni xala malik İsveç üçüncü, Azərbaycan 2 xalla sonuncu olub


Sizin reklam burada
Sizin reklam burada